Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Mingəçevir şəhəri
Gənc sənaye şəhəri Mingəçevirin əsası XX əsrin 40-cı illərinin axırlarında - 50-ci illərin əvvəllərində qoyulmuşdur. Mingəçevir adını türk mənşəli Mingiçöhr adlı sərkərdənin adı ilə əlaqələndirirlər. Ərəb tarixçisi Təbarinin yazdığına görə, IX əsrdə, ərəb xilafətinin hökmranlığı dövründə Azərbaycanın müvəqqəti hakimi olmuş sərkərdə Mingiçöhr indiki Mingəçevirin ətrafında özü üçün iqamətgah düzəltmiş və az sonra xilafətdən uzaqlaşmışdır. Lakin xilafət qoşunları onu məğlub edərək əsir tutmuş və zindana salmışdır. Sonradan bu sərkərdənin şərəfinə həmin məntəqə Mingiçöhr adlandı. Bu barədə başqa bir fərziyyəyə görə isə şəhrin adının mənası: «geri qayıt, daha yol yoxdur» deməkdir. XVII əsrdə yaşamış türk səyyahı Övliya Çələbi özünün «Səyahətlər» adlı kitabına yazırdı: «Qədimdə Kür çayının sağ sahilində Mingəçevir adlı yer olmuşdur». Boz dağın ətəklərində ensiz yarğandan çıxan Kür çayı təmiz Mingəçevir ətrafında Kür - Araz ovalığına can atır. İndi çayın vadisi su elektrik stansiyasının bəndi ilə kəsilmişdir. Yarğanın yerində isə böyük Mingəçevir su anbarı yaradılmışdır. Onun sularının köməyi ilə quraqlıq ərazidə yerləşən torpaqlar suvarılır. Mingəçevir şəhərinin ətraında aparılmış arxeoloci qazıntılar məlum olmuşdur ki, Sudaqılan şəhər yerinin ərazisində böyük bir kənd varmış. Burada qədim məbədin qalıqları aşkar edilmişdir. Həyat mənbəyi olan çiçəyə can atan iki tovuz quşunun təsviri çəkilmiş iri daş kapitel böyük marağa səbəb olur. O, sarımtıl rəngli yumşaq daşdan yonuliuş, yuxarı hissəsində alban əlifbası ilə yazı həkk edilmişdir. Burada tapılmış yunan, Roma və Sasani sikkələri həmin tikililərin V - VI əsrlərə aid olduğunu söyləməyə imkan verir. Kür çayının sahilində, mənzərəli bir yerdə salınmış Mingəçevir şəhəri yerli və əcnəbi turistlərin diqqətini cəlb edir. Şəhərdə maraqlı arxitekturaya maliu müasir binalar, o cümlədən, böyük bir təzə məscid vardır. Kür çayının yaxınlığında tikilmiş restoranlar və çayxanalar qonaqların istirahəti üçün hər cür şəraitə malikdir. Şəhərin yaxınlığında süni göl və kiçik bir çimərlik var. Kürün sahilində Olimpiya avarçəkmə bazası yerləşir. Harada qalmaq olar Şəhərin qərb hissəsində yerləşən «Kainat» mehmanxanası və «Günəşli» turbazası qonaqların yolunu gözləyir. Harada nahar etmək olar «Atəşgah» restoranı Tel. 4 08 12, «Ana Kür» Tel. 4 83 34, «Kosmos» kafeləri Tel. 5 28 68 yüksək zövqlə hazırlanmış milli və Avropa mətbəxinin yeməklərini təqdim edirlər.