Rayon inzibati mərkəzi - Zərdab şəhəri kiçik Kür çayının sahilində yerləşir. Zərdab rayonu düzənlik ərazidə yerləşir. Zərdab rayonu düzənlik ərazidə yerləşir. İqlimi quraqlıq və istidir. Kür və Qarasu çayları bu rayonun ərazisindən keçir. Yanvar ayının orta temperaturu +1,8 J, iyul ayının orta temperaturu +26,2 J. Rayonda yarımsəhra ərazilər üçün səciyyəvi olan bitkilər geniş yayılmışdır. Kür çayının sahilləri boyunca tuqay meşələri uzanıb gedir. Bu meşələrin sahəsi 1000 hektardır. Rayonun heyvanat aləmi canavar, dovşan, tülkü, ceyran, qaban, turac və qırqovul kimi heyvanlarla səciyyəvidir. Kənd təsərrüfatında pambıqçılıq və heyvandarlıq üstünlük təşkil edir. Zərdab Azərbaycanın məşhur yazıçısı və maarifçisi, XIX əsrin axırlarında Azərbaycan tarixində ilk mətbu orqanı olan «Əkinçi» qəzetini təsis etmiş Həsən Bəy Zərdabinin vətənidir. Harada qalmaq olar Yerli əhalinin icarəyə verdiyi münasib şəraitli və rahat evlərdə qalmaq mümkündür. Harada nahar etmək olar «Dalğa» kafesində və yolüstü qəlyanaltılarda münasib qiymətə dadlı xörəklər verilir.