Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ucar rayon Heydər Əliyev Mərkəzində müsabiqə qalibləri mükafatlandırılıb.

21.05.2021

21may 2021-ci il tarixində Ucar rayon Heydər Əliyev Mərkəzində Ümumilli lider, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 98-ci il dönümünə həsr edilmiş  Ucar rayon Heydər Əliyev Mərkəzinin və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Ucar rayon Komitəsinin birgə təşkilatçılığı ilə təşkil edilmiş ”Qalib Azərbaycan”  rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılması tədbiri keçirilib. Ümumilikdə 29 şagirdin rəsmlərinin yer aldığı tədbir pandemiya şəraitinə uyğun olaraq təşkil olunub. Ulu öndərimiz Heydər Əliyevin xatirəsinə həsr edilmiş müsabiqədə Ucar şəhər 2 nömrəli  tam orta məktəbin şagirdi Sənubər Camalova 1- ci yerə, Ucar şəhər 3 nömrəli tam orta məktəbin şagirdi Sərdar Ələsgərov və Küçəkənd kənd ümumi orta məktəbin şagirdi Minə Eyubova 2-ci yerə, şəhər 3 nömrəli məktəbin şagirdi Bəbirxanlı Aytən 3-cü yerə layiq görülmüşdür.  Müsabiqə qalibləri diplom və hədiyyələrlə  mükafatlandırılmışdırlar. Qaliblərimizi təbrik edir, onlara uğurlar arzu edirik!