27.11.2024
Xəbər verdiyimiz kimi, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” münasibətilə “Mənim yaşıl dünyam” adlı rəsm müsabiqəsi keçirilir.
Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin xidməti əhatəsinə aid olan Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonlarından olan namizədlər iştirak edirlər.
İki mərhələdən ibarət olmaqla təşkil olununan müsabiqənin seçim mərhələsinə 27 noyabr 2024-cü il tarixində başlanılmışdır.
Seçim mərhələsinin ilk günündə namizədlər müsabiqənin Əsasnaməsinə uyğun olaraq təbiətə və ətraf mühitə həsr edilmiş rəsm əsərləri ilə iştirak ediblər.
Qeyd edək ki, müsabiqə xüsusi bacarığa malik olan uşaqların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, məktəbdənkənar vaxtlarının səmərəli keçirilməsi, bədii-estetik zövqünün tərbiyə edilməsi, yeni istedadların üzə çıxarılması məqsədi daşıyır.