Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Region haqqında
Mədəniyyət
|

Ucar

Ucar rayon Mədəniyyət və Turizm şöbəsinin tabeliyində 18 mədəniyyət evi, 8 klub, 47 kitabxana, 2 muzey, 1 Uşaq İncəsənət məktəbi var.

Ucar rayon Mədəniyyət evi: - xüsusi layıhə əsasında 1973-cü ildə inşa edilmiş 2 mərtəbəli binada yerləşir. Binanın ümumi sahəsi 1202 kv.m. və yer tutumu 407 nəfərdir.
Yuxarı Şilyan kənd Mədəniyyət evi - 1976-cı ildən fəaliyyət göstərir. Ümumi sahəsi 198 m², yer tutumu 250 nəfərdir.
Təzə Şilyan kənd Mədəniyyət evi - 1976-cı ildən fəaliyyət göstərir. Ümumi sahəsi 250 m², yer tutumu 200 nəfərdir.
Lək kənd Mədəniyyət evi - 1958-ci ildən fəaliyyət göstərir. Ümumi sahəsi 920 m², tamaşa zalında yerlərin sayı 400 nəfərlikdir.
Qarabörk kənd Mədəniyyət evi - 1958-ci ildən fəaliyyət göstərir. Ümumi sahəsi 500 m².
Quləbənd kənd Mədəniyyət evi - 1976-cı ildən fəaliyyət göstərir. Mədəniyyət evinin ümumi sahəsi 870 m², tamaşa zalında yerlərin sayı 350 nəfərlikdir.
Ramal kənd Mədəniyyət evi - 1964-cü ildən fəaliyyət göstərir. Mədəniyyət evinin ümumi sahəsi 244 m², tamaşa zalında yerlərin sayı 250 nəfərlikdir.
Qaradağlı kənd Mədəniyyət evi - 1959-cu ildən fəaliyyət göstərir. Mədəniyyət evinin ümumi sahəsi 960 m², tamaşa zalında yerlərin sayı 400 nəfərlikdir.
Ucar Uşaq İncəsənət məktəbi - 1970-ci ildən musiqi məktəbi kimi fəaliyyətə başlamış və 1986-cı ildən Uşaq İncəsənət məktəbinə çevrilmişdir.
Heydər Əliyev mərkəzi - 29 iyun 2006-cı il tarixdə Azərbaycan prezidenti İlham Əliyevin Ucara gəlişi ilə əlaqədar açılmışdır.
Ucar Tarix-Diyarşunasliq muzeyi - 1986-cı ildə xüsusi ləyihə əsasında tikilmiş və 2 mərtəbədən ibarətdir. Muzeydə təbiət, Qədim dövr və Müasir dövr bölmələri fəaliyyət göstərir. Muzeydə 2602 ədəd eksponat var. Sahəsi 420 m²-dir.