Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Region haqqında
Mədəniyyət
|

Yevlax

Yevlax şəhərində bir çox mədəniyyət sahələri fəaliyyət göstərir. Rayon əhalisinə 59 kitabxana xidmət göstərir. Onlardan 16-sı şəhərdə, 43-ü kəndlərdədir. Kitabxanaların kitab fondunda 552300 nüsxə ədəbiyyat vardır.
Milli adət-ənənələrimizin təbliği, əhaliyə mədəni xidmətin göstərilməsi, milli musiqi mədəniyyətimizin öyrənilməsi ilə 19 mədəniyyət evi (2-i şəhərdə, 17-i kəndlərdə) 22 klub və 6musiqi məktəbi məşğul olur. Musiqi məktəblərində 1389 şagird təhsil alır.
Yevlax şəhərində 2 muzey fəaliyyət göstərir. Ulu öndərimiz Heydər Əliyevin siyasi irsinin gənc nəslə öyrədilməsində xüsusi əhəmiyyət daşıyan Heydər Əliyev muzeyi 2006-cı ildə inşa edilmişdir.
Tarixi əhəmiyyətə malik əşyaların toplandığı Tarix-Diyarşünaslıq muzeyi 2005-ci ildən fəaliyyət göstərir.

Mətbuat

Yevlax mətbuatının tarixi Yevlax rayonunun təşkili ilə eyni ilə təsədüf edir. 1935-ci ilin fevralında Yevlax rayonu təşkil edildikdən sonra rayon icraiyyə komitəsinin ilk qərarlarından biri rayon qəzetinin buraxılması haqqında, 1935-ci il 26 fevral tarixli qərarı oldu.

Azərbaycan K/b/P Yevlax rayonu firqəsi və rayon icraiyyə komitəsinin birgə orqanı olan «Yeni Yevlax» qəzetinin ilk nömrəsi 1935-ci il martın 6-da çıxmışdır. Həmin qəzet 1962-ci ilin iyun ayınadək «Yeni Yevlax» adı ilə nəşr olunmuşdur.
1962-ci ilin iyun ayından «Qələbə», daha sonra isə «Mübariz » adı ilə qəzet buraxılmış və 3 il fəaliyyyət göstərdikdən sonra fəaliyyəti dayandırılmışdır.

1965-ci ilin yanvarında Yevlax rayonunun yenidən təşkili ilə əlaqədar olaraq və şəhər, eləcə də rayon qəzetlərinin nəşri yenidən bərpa olunduğundan Yevlaxda «Təşəbbüs» qəzeti fəaliyyətə başlamışdır. Bu qəzet 1991-ci ilədək çıxmışdır. Nəhayət 1992-ci il yanvarın 1-dən «Kür» qəzeti nəşrə başlamışdır. Həmin ildən «Təşəbbüs» qəzetində 1976-cı ildən fəaliyyətə başlamış Əminə Yusif qızı Əhmədova rəhbərlik edir.
Əminə Yusif qızı Respublika mətbuatında uzun illər səmərəli fəaliyyətinə görə «Qızıl qələm» mükafatına (1970-ci il), iki dəfə H.B.Zərdabi adına mükafata (1993, 2001-ci illər) Məshəti Gəncəvi adına mükafata (1995-ci il) layiq bilinmişdir. 1991-ci ildən Respublikanın əməkdar jurnalistidir. 2005-ci ildə ölkə Prezidentinin sərəncamı ilə «Tərəqqi» medalı ilə təltif olunmuşdur.

«Kür» qəzeti Respublika Mətbuat şurasının üzvüdür. Qəzet 5000 tirajla həftədə bir dəfə çıxır. Bu əyalət mətbuatı içərisində ən yüksək göstəricidir.

Öz oxucularının sevimlisi olan «Kür» qəzetində daimi rublikalar və manşetlər işıq üzü görür. Onlardan ən populyar rublikalar «Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı -Tərəqqiyə aparan yol», «Gənclik və həyat», «Hüquqşünasın tribunası», «Vergilər, vergilər..., «Yevlax yenidən qurulur», «İlin sevincləri, ilin uğurları», «Yeni yaşıllıq və gözəllik ünvanları», «Yevlaxı tanıdanlar», «Karvan bizim qürur yerimizdir», «Təhsilimiz inkişaf mərhələsində», «Heç kim unudulmur», «Hərbi xidmət müqəddəs və şərəflidir», «Eşidib gördüklərimdən», «Poeziya yarpaqları» və s.