Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Region haqqında
İqtisadiyyat
|

Ucar

Əsas sənaye müəssisələri Pambıq, Konserv, Asfalt zavodlarıdır.
XX əsrin əvvəllərində Ucarda pambıq emalı zavodu və Biyan zavodu fəaliyyət göstərmişdir.
Əsas məşğuliyyət sahələri əkinçilik, maldarlıq, ticarətdir.

Sənaye

Rayon sənayesində təsərrüfat subyektləri tərəfindən istehsal olunmuş mal və xidmətlərin həcmi 2009-cu illə müqayisədə 14,9 faiz artaraq 2010-cu ildə 316,8 min manat təşkil etmişdir.
2010-cu il ərzində sənaye müəssisələri tərəfindən istehsal edilmiş məhsulların (natura ifadəsində) fiziki həcmi indeksi 105,1 faiz olmuşdur.
Rayon sənayesinin ən yüksək göstəriciləri əsasən xidmət sahələri üzrə inkişaf etmişdir. Belə ki, il ərzində sənaye müəssisələri tərəfindən 1982,8 min manatlıq müxtəlif xidmətlər göstərilmişdir.

 

  İ l l ə r
2006 2007 2008 2009 2010
Fəaliyyət göstərən müəssisələrin sayı 10 9 9 11 10
Sənaye məhsullarının həcmi (min manatla) 3662 6903 6852 2126 2442,8
Sənaye məhsullarının həcmi əvvəlki ilə nisbətən (faizlə)  104,8  77,6  100,0  90,7  105,4
Sənaye məhsullarının həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi (faizlə)  3,8  7,6 10,1   24,2  16,8
İstehsal edilmiş məhsulun ilin axırına qalığı (min manatla)  -  104  100,2  45,1  12,0
İşçilərin orta sayı (nəfərlə)  483  483  460  426  504
İşçilərin orta aylıq əmək haqqı (manatla)  101,0  144,7  188,2  183,4  221,4
Sənaye istehsalı əsas fondlarının mövcud-luğu (ilin axırına min manatla)  12634  14034  13643  13666  7111,3
Natura ifadəsində əsas məhsul növlərinin istehsalı
Çörək və çörək-bulka məmulatı (tonla)  248,0  272,8  265,8  245,0  128,7
Pambıq mahlıcı (tonla)  441,8  1513,0  605,4  216,6  992,6
U l y u k (tonla)  10,3  40,3  16,7  6,1  36,8
Pambıq tiftiyi və pambıq çiyidi (tonla)  696,0  2384,0  922,5  339,0  1369,8
Qatılaşdırılmamış meyvə və tərəvəz şirələri (min dikl)  -  71,3  64,6  -  57,8

Sənaye məhsullarının həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi 16,8 faiz təşkil etmiş və keçən illə müqayisədə 30,6 faiz azalma müşahidə olunmuşdur.
Sənayedə işləyən işçilərin orta aylıq əmək haqqı 221,4 manat təşkil etmiş, 2006-cı ilə nisbətən 120,4 manat artmışdır.

Tikinti

Rayon iqtisadiyyatının inkişafında mühüm rol oynayan və ümumi daxili məhsulun formalaşmasında aparıcı sahələrdən biri olan tikinti kompleksi iqtisadiyyatın başqa sahələri kimi inkişaf etməkdədir.
Dövlət tərəfindən regionların sosial-iqtisadi inkişafı ilə bağlı işlərin müxtəlif infrastruktur layihələrin nəticəsi olaraq son dovrlərdə dövlət mülkiyyətində olan müəssisə və təşkilatlar qeyri-dövlət mülkiyyətində olan təşkilatlara nisbətən inşaat işlərinə daha çox vəsait qoymuşlar.
 

Göstəricilər 2006 2007 2008 2009 2010
Fəaliyyət göstərən tikinti təşkilatları-nın sayı (ədədlə) 9 11 10 16 12
Bir işçinin orta aylıq nominal əmək haqqı (manatla) 100,6 181,1 188,0 189,3 187,7
Tikinti təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri işlərin (xidmətlərin) həcmi (min manatla) 4773,1 6590,8 9745,4 3113,4 3446.8
Bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiyalar (min manatla) 1693,0 6156,1 19731,6 10338,8 3294,8
Bütün maliyyə mənbələri hesabına tikinti quraşdırma işlərinin həcmi (min manatla) 1479,0 5693,1 18779,9 10068,5 3090,5
Bütün maliyyə mənbələri hesabına əsas fondların istifadəyə verilməsi (min manatla) 1158,5 1852,4 7152,6 3804,4 1179,5
İstifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi (kv.m-lə) 4853 28834 4332 6415 3478
İstifadəyə verilmiş ümumtəhsil mək-təbləri (şagird yeri ilə) 360 96 840 192 -


Tikinti müəssisələri tərəfindən 2010-cu ildə yerinə yetirilmiş inşaat işlərinin həcmi 3446,8 min manat olmaqla əvvəlki ilin səviyyəsini 10,7 faiz üstələmişdir.
Görülmüş ümumi tikinti işlərinin 860,3 min manatını yeni tikinti, 430,7 min manatını əsaslı təmir, 1426,2 min manatını cari təmir, 729,6 min manatını sair tikinti işləri təşkil etmişdir.
2010-cu ildə inşaat bölməsində çalışmış 248 nəfərin orta aylıq nominal əmək haqqı 187,7 manat təşkil etmiş və əvvəlki ilin səviyyəsindən 0,8 faiz az olmuşdur.

Kənd təsərrüfatı

Ucar rayonu ölkənin mühüm kənd təsərrüfatı rayonlarından biridir. Rayonun iqtisadiyyatında heyvandarlıq, taxılçılıq, tərəvəzçilik aparıcı rol oynayır. Bununla yanaşı təsərrüfatlarda kartof və bostan məhsulları da istehsal olunur.
Rayonun istifadəsində olan kənd təsərrüfatına yararlı torpaq sahəsi ümumi ərazinin 45 faizini təşkil edir.
Rayonda 2010-cu ildə taxil, pambıq və üzüm istehsalı istisna olmaqla, digər növ kənd təsərrüfatı məhsulları istehsalı sahəsində artıma nail olunmuşdur.
Belə ki, rayonun təsərrüfatlarında ötən il 14246 ton və ya 2009-cu illə müqayisədə 0,9 faiz çox tərəvəz, 14425 ton (2,9 faiz çox) meyvə, 2080 ton (1,8 faiz çox) bostan məhsulları, 24152 ton taxıl, 3726 ton kartof istehsal olunmuşdur.
 

Göstəricilər Ölçü vahidi  İ l l ə r 2010-cu ildə 
2006-ci ildə 
müqayisəli faizlə
 2006  2007  2008  2009  2010
 Dənli və paxlalılar  hektar  10549 10596  10631 12505   12378 117,3 
 Kartof  hektar  380 382 386 396 405 106,6 
 Tərəvəz  hektar  1881 1866 1849 1861 1845  98,1
 Bostan bitkiləri  hektar  214 220 226 231 235  109,8
 Buğda  hektar 6048  6086 6301 7753 7146 118,1 
 Arpa  hektar  4205 4208 4006 4310 4691 111,5 


2010-cu ildə diri çəkidə 4884 ton ət, 34006 ton süd, 19301 min ədəd yumurta, 66,4 ton yun istehsal olunmuşdur.
2009-cu illə müqayisədə ət istehsalı 26,9 faiz, süd istehsalı 14,9 faiz, yumurta istehsalı 21 faiz, yun istehsalı 3,6 faiz artmışdır.
Rayonunun təsərrüfatlarında 2011-ci il yanvar ayının 1-i vəziyyətinə 57214 baş iri buynuzlu mal-qara, o cümlədən 32492 baş inək və camış, 49525 baş qoyun və keçi mövcud olmuşdur.
İl ərzində iri buynuzlu mal-qaranın sayı 3 faiz, inək və camışların sayı 3,3 faiz,qoyun və keçilərin sayı 6,2 faiz artmışdır.

Mal-qaranın baş sayı

 
 
Ölçü 
vahidi
İ l l ə r 2010-cu ildə 
2006-ci illə 
müqayisəli faizlə
 2006 2007  2008  2009  2010
 İri buynuzlu mal  baş 50244  50463 52607   55566  57214  113,9
 O cümlədən inək camış  baş  26391  26407  28888 31543  32492   123,1
 Qoyun və keçi  baş 39775   39988 43259   46640 49525   124,

"Azərbaycan Respublikası Regionlarının sosial iqtisadi inkişafı Dövlət Proqramının (2009-2013-cü illər)" üzrə nəzərdə tutulmuş tədbirlərin ardıcıl surətdə uğurla həyata keçirilməsi, kənd təsərrüfatı məhsullarının bazarlara sərbəst çıxarılmasını təmin etmək məqsədilə satış yarmarkalarının təşkil edilməsi, sahibkarlığın inkişafına Dövlət tərəfindən hərtərəfli qayğı göstərilməsi təsərrüfatlarda əkinə marağı daha da artırmışdır.

Avtomobil, dəmir yolları haqqında məlumat

Rayonun ərazisindən Bakı-Gəncə dəmir yolunun 50 km, Bakı-Gəncə avtomobil yolunun 52 km, Ucar-Zərdab avtomobil yolunun 19 km-lik hissəsi keçir. Rayon ərazisindən keçən avtomobil yolları 2-ci kateqoriyalıdır.