Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Region haqqında
Coğrafi mövqeyi
|

Yevlax

Yevlax coğrafi mövqeyinə görə Azərbaycanın mərkəzində mühümkommunikasiyaların kəsişməsində yerləşməklə qədim yaşayış məskənlərindən biridir. Rayon kimi 1935-ci ilin fevral ayından fəaliyyət göstərir. Yevlax eyni zamanda respublika tabeli şəhərdir. Yevlax rayonu Ağdaş, Bərdə, Tərtər, Goranboy, Samux, Qax, Şəki rayonları ilə həmsərhəddir. Rayon 1 şəhər, 1 şəhər tipli qəsəbə və 48 kənd vardır. Rayonda yerləşən şəhər, qəsəbə və iri kəndlər aşağıdakılardır: Yevlax şəhəri Aran qəsəbəsi Xaldan kəndi Havarlı kəndi Malbinəsi kəndi Qoyunbinəsi kəndi Tanrıqulular kəndi Salahlı kəndi Ərəş kəndi Səmədabad kəndi

Ötən əsrin 80-cı illərində stansiya kimi salınan və uzun müddət əhali tərəfindən "Vağzal" kimi tanınan Yevlax XIX əsrin sonu XX əsrin əvvələrinə aid rəsmi sənədlərdə və mənbələrdə Yelizavetpol quberniyasının Yevlax məntəqəsi və ya Yevlax stansiyası, sonra Yelizavetpol quberniyasının Yevlax kəndi, 1920-ci ildən isə Cavanşir qəzasının Yevlax kəndi adlanmışdır.

Azərbaycan SSR MİR-nin qərarı ilə 1935-ci ilin 20 fevral tarixində Yevlax rayonu təşkil edilmişdir.

1939-cu ilin fevral ayının 1-də Azərbaycan SSR Ali Sovetinin qərarına əsasən Yevlaxda Şəhər Soveti yaradılmaqla, Yevlaxa şəhər adı verilmişdir.

1962-ci il dekabrın 26-da çağrılmış Azərbaycan SSR Ali Sovetinin X sessiyasının qərarı ilə Yevlax rayonu ləğv edilərək ərazisi Ağdaş, Bərdə və Qasım İsmayılov rayonlarına verilmiş, Yevlax respublika tabeli sənaye şəhərinə çevrilmişdir. 1965-ci ildə Yevlax yenidən müstəqil rayona çevrilmişdir.

Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin 6 yanvar 1965-ci il tarixli fərmanı ilə Yevlax şəhəri respublika tabeliyində olan şəhərlər sırasına daxil edilmiş və Yevlax şəhərində sənaye müəssisələrinin tikintisinə başlanmışdır