Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Region haqqında
Tarix
|

Kürdəmir

Kürdəmir rayonu 1930-cu ildə yaradılmışdır.

1963-cü ildə kolxoz-sovxoz istehsalat idarəsi partiya komitələrinin yaranması ilə əlaqədar olaraq Ağsu və Kürdəmir rayonları birləşdirilərək 1963-cü ilin yanvar ayında Kürdəmir kolxoz-sovxoz idarəsi partiya komitəsi yaradılmışdır. 1964-cü ildə Sov. İKP MK-nın plenumunun qərarına əsasən yei sistem ləğv edilərək köhnə struktur bərpa edilmiş və Kürdəmir-Ağsu rayonunları ayrılmış, hər biri müstəqil rayon partiya komitəsi kimi yaradılmışdır.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev 2005-ci il 06 oktyabr ayında Kürdəmirə tarixi səfər etmiş, bu zaman Kürdəmir şəhərində Olimpiya İdman Kompleksinin təməli qoyulmuşdur.

 Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev 2008-ci il sentyabr ayının 24-də Kürdəmir şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimini keçirmişdir. Prezident Kürdəmirə səfəri zamanı rayonun bütün ziyalıları, ağsaqqalları ilə görüşmüş, öz tövsiyyələrini vermişdir.