Kürdəmir rayon Uşaq İncəsənət Məktəbi 1966 - cı ildən 7- illik Uşaq musiqi məktəbi kimi fəaliyyətə başlamışdır. 1984 - cü ildən skripka və rəssamlıq sinifləri açılaraq məktəb Uşaq İncəsənət məktəbinə çevrilmişdir. Hal - hazırda məktəb Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin müəyyən etdiyi nümunəvi əsasnaməyə uyğun olaraq tərtib edilmiş iş planları əsasında fəaliyyət göstərir.
Məktəbdə 3 şöbə ( fortepiano, skripka, tar,kamança, səs,nağara,qarmon, rəqs,rəsm) fəaliyyət göstərir. Bunlardan fortepiano ixtisası üzrə 132 nəfər, skripka ixtisası üzrə 3 nəfər, tar ixtisası üzrə - 51 nəfər, kamança ixtisası üzrə -16 nəfər, qarmon ixtisası üzrə - 94 nəfər, nağara ixtisası üzrə -9 nəfər, xanəndəlik ixtisası üzrə - 19 nəfər, rəqs ixtisası üzrə - 8 nəfər, rəsm ixtisası üzrə - 22 nəfər şagird təhsil almaqla, 2017/2018-ci tədris ilində məktəb üzrə şagirdlərin sayı 354 nəfər şagird edir.
Kürdəmir rayon Uşaq İncəsənət məktəbində şagirdlərin təlim-tərbiyəsi ilə 94 nəfər müəllim məşğul olur ki, həmin müəllimlərdən 5 nəfər ali təhsilli, 78 nəfəri orta ixtisas təhsilli, 11 nəfəri ümumi orta təhsillidir. Onlardan 63 nəfəri qadın, 31 nəfəri kişidir.
(02025) 5 53 70
zqendef@mail.ru