Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar
|

Yevlax şəhər Heydər Əliyev adına saray

Yevlax şəhər Mədəniyyət sarayı 1963-cü ildə tikilmiş, uzun illər istifadə edilmədiyi üçün yararsız vəziyyətə düşmüş və fəaliyyətini dayandırmışdır. Uzun illərdən sonra Mədəniyyət sarayında (2006-cı ildə) yenidənqurma işləri başlamış və əsaslı təmir olunmuşdur.   

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 112 saylı 20 aprel 2006-cı il tarixli  Qərarına əsasən  Yevlax  şəhər Mədəniyyət sarayına Azərbaycan xalqının  ümummilli lideri Heydər Əliyevin adı verilmişdir.

2007-ci il oktyabrın 23-də Azərbaycan Respublikası Prezidenti   İlham Əliyev cənablarının Yevlax şəhərinə gəlişi zamanı Heydər Əliyev adına Sarayın rəsmi açılışı olmuşdur.

Heydər Əliyev Sarayı şəhər əhalisinə mədəni kütləvi tədbirlərin və asudə vaxtın səmərəli təşkilini təmin edir. Heydər Əliyev Sarayının 5-dərnəyi, 50-üzvü vardır.

Ünvan:
Yevlax şəhəri Yeniyevlax 10
Telefon:

+994 22-33-6-45-23

E-mail:

e-mail-yevlax_he_sarayi@mail.ru