Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar
|

Mingəçevir şəhərinin Tarixi Muzeyi

Mingəçevir şəhər Tarix muzeyi 1968-ci ildə 50 ədəd eksponatla fəaliyyətə başlayıb və hal-hazırda 16 minə qədər eksponat vardır. Muzey üç şöbədən: Qədim Mingəçevir, Müasir Mingəçevir. Şəhidlərin xatirə muzeyi şöbələrindən ibarətdir. Qədim şöbədə b.e.ə. III-I minillikdən başlayaraq 1948-ci ilədək olan dövrü əhatə edən eksponatlar, qazma evlər, duluzçuluq, misgərlik, toxuculuq, balıqçılıq, ovçuluqla məşğul olduqlarını əks etdirən sərgilər, küp qəbirləri, amazonkaların döyüş səhnəsi, Neandertalların yaşayış tərzini əks etdirən vitrinlər yer almışdır. Müasir şöbədə isə 1948-ci il Mingəçevirin şəhər statusu aldığı vaxtdan indiyə qədərki dövrü əhatə edən ekspozisiya, arxeoloqların şəxsi əşyaları, tikintiyə rəhbərlik edən İ. İslamzadənin iş otağı, işığın lap qədimdən indiyə qədər necə alındığını göstərən çərx, SES-nin iş prinsipini göstərən qurğu, ilk barak evlər, Mingəçevirdə vaxtilə fəaliyyət göstərən fabrik və zavodların istehsal etdikləri nümunələr,ulu öndər Heydər Əliyevin Mingəçevirə diqqət və qayğısı nəticəsində tikilmiş AzDresin açılış səhnələri, Möhtərəm Prezidentimiz İlham Əliyevin Mingəçevirə səfərlərini əks etdirən fotoşəkillər və Mingəçevirdə turizmin inkişafına aid fotoşəkillər yer almışdır.

Ünvan:
Mingəçevir şəhəri Heydər Əliyev Prospekti, Heydər Əliyev Meydanı
Telefon:

+994-24-274-77-42

E-mail:

nofer59@mail.ru

Url:
https://www.facebook.com/Mingecevir-Tarix-Muzeyi-178020922565610/