R.Rza adına Mədəniyyət Mərkəzinin hazırda yerləşdiyi 1200kv.m sahəsi olan iki mərtəbəli bina 1964-cü ildə xüsusi layihə əsasında tikilərək istifadəyə verilmişdir. Binada 400 yerlik tamaşaçı zalı, foye, qrim otağı,və 12 dərnək otağı yerləşir. Mərkəzə 1982-ci ildə Rəsul Rzanın adı verilmişdir.
Hazırda Mədəniyyət Mərkəzinin tabeliyində 9 kənd mədəniyyət evi və 18 kənd klub tipli müəssisə fəaliyyət göstərir.Mədəniyyət evi və klublarda 76 mədəniyyət və incəsənət işçisi çalışır.
(02027) 4 35 39
goycay.mm@mail.ru