Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar
|

Ağdaş rayon Mədəniyyət Mərkəzi

Ağdaş rayon Mədəniyyət Mərkəzi  (keçmiş rayon  Mədəniyyət Evi) 1959-cu ildə yaradılmışdır.  2015-ci ildən etibarən Mədəniyyət Evi  Mərkəz kimi  fəaliyyət göstərir. Mərkəzin binası əsaslı təmir olunaraq yüksək səviyyəli iş şəraiti yaradılmış, invertar avadanlıqlarla təchiz olunmuşdur. Bina,  ümumi sahəsi 2100 kv.m olmaqla tamaşa zalı, sərgi zalları, 4 dərnək otağı, 6 inzibati otaq və texniki otaqlardan ibarətdir.

Hal - hazırda Mədəniyyət Mərkəzinin nəzdində 45 klub müəssisəsi fəaliyyət göstərir ki, bunlardan:

 3-ü Diyarşunaslıq

 5-i Folklor

 5-i Sənətkarlıq üzrə profilləşdirilmişdir.


  Hal-hazırda rayon Mədəniyyət Mərkəzində  ümumilikdə 127 mədəniyyət  işçisi çalışır.
     Mədəniyyət Mərkəzində 1960-cı ildən etibarən “Xalq teatrı” fəaliyyət göstərir. Eləcə də Mərkəz və filiallarında “Kəndirbazlar” sirk-folklor kollektivi, “Teşti” folklor ansamblı,rəqs dərnəkləri və digər yaradılmalar fəaliyyət göstərir.  Ansambl və qruplar Ağdaş rayonunda keçirilən ümumrayon tədbirlərində hər zaman fəal  iştirak edərək qədim adət-ənənələrimizi, xalq oyunlarını, deyimlərini, musiqisini nümayiş etdirirlər. Bakı şəhərində keçirilən ümumrespublika «Novruz» bayramı tədbirində ,eləcə də düşmənlə təmas xəttində yerləşən mövqelərimizdə xidmət edən əskərlər qarşısında uğurla çıxış edir və yüksək fəallıq göstərirlər. 

Ünvan:
Ağdaş şəhəri,Heydər Əliyev pr.96
Telefon:

(02023) 5 18 73

E-mail:

agdas_mm@mail.ru

Url:
https://www.facebook.com/A%C4%9Fda%C5%9F-M%C9%99d%C9%99niyy%C9%99t-M%C9%99rk%C9%99zi-1971278576419806/