Ucar rayon Heydər Əliyev Mərkəzinin 30 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən açılışı olmuş və həmin tarixdən fəaliyyətə başlamışdır.
Milli memarlıq elementlərindən istifadə olunmaqla ucaldılan Mərkəzin ünumi sahəsi 5270kv.m.olmaqla 3 mərtəbədən ibarətdir.
Mərkəzdə 383 kv.m.sahəsi olan otaqda Ümummilli Liderin zəngin irsinə həsr olunmuş ekspozisiya zalı,bu zalda Ulu öndərin irsini gələcək nəsillərə çatdırmaq üçün 2virtual tədris sinifi,kitabxana,Ümummilli liderə aid sənədlərin saxlandığı xüsusi guşə yaradılıb.
Mərkəzdə 36 kv.m.sahəsi olan otaqda xalçaçılıq ,20 kv.m.sahəsi olan otaqda xarici dillər, 42 kv.m.sahəsi olan otaqda rəsm,20 kv.m.sahəsi olan otaqda foto studiyalar və 138 kv.m.olan otaqda internet klub fəaliyyət göstərir.
Mərkəzdə xüsusi dizaynerlə yaradılmış 383 kv.m. sahəsi olan 208 nəfərlik akt zalı və 180 kv.m.sahəsi olan 60 nəfərlik konfrans zalında rayon və respublika əhəmiyyətli tədbirlər keçirilir.
Mərkəzdə 190kv.m.sahəsi olan rəsm qalareyası fəaliyyət ğöstərir.
Heydər Əliyev Mərkəzinin qarşısında 3 hektara yaxın sahədə xüsusi ornament və kompozisiya ilə qurulmuş parkda Ulu öndərin əzəmətli heykəli ucaldılıb.
(02021) 3 03 13
ucarhaliyev.merkezi@mail.ru