Zərdab rayon Həsən bəy Zərdabi muzeyi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 11.05.2005- ci il tarixli 176 №li əmri ilə təşkil edilmişdir.
Muzey 2005-ci ilin may ayında istifadəyə verilmiş, 2006-cı ilin yanvar ayından rəsmi fəaliyyətə başlamışdır.
Həsən bəy Zərdabi muzeyinin fondunda 400 - dən artıq eksponat toplanmışdır. Eksponatlar iki ekspozisiya otağında –“Sən xalq üçün işlə,xalq da sənin qədrini bilər, bunun üçün əvvəlcə xalqın etimadını qazanmaq lazımdır”,” El üşün çalışan həmişə yaşayar”,”Maarifdən, elmdən məhrum bir xalq işıqdan məhrumdur”,” Mən bütün gücümü avamlıq zülməti aləminə işıq şüaları gətirməyə sərf etmişəm”, “Kitab bəşəriyyətin ən böyük kəşvidir”,” Bu sənmisən ey dahi, o tabut qucağında”, “ Əql və elm ilə insan tamam dünyanı təsərrüf edə bilər”, “Öz ləyaqətini qoru və başqalarının da ləyaqətinə hörmət et” başlıqlı lövhələrdə nümayiş etdirilir.
2013- cü ilin iyun ayında muzeyin ekspozisiyası yenidən qurulmuşdur.
Muzeydə 9 işçi çalışır.Onlardan 7-si qadındır. İşçilərdən 3 nəfəri ali təhsill, 4-nəfəri orta ixtisas təhsilli, 2- nəfər isə orta təhsillidir.
(02029) 6 49 61
zerdabimuzeyi@mail.ru