17.02.2021
16 fevral 2021-ci il tarixində Zərdab rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə “Erkən nigah yolverilməzdir!” başlığı altında onlayn tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Zərdab rayon MKS-in direktoru Nailə Əliyeva erkən nigahların törətdiyi fəsadlardan, bu bəlanın azalması yollarında mədəni – maarif ocaqlarının üzərinə düşən vəzifələrdən söhbət açıb.
Diskussiya şəklində təşkil olunmuş tədbirdə çlxış edən Zərdab rayon Mədəniyyət Mərkəzinin direktoru Elyurə Məmmədova , Mərkəzi Kitabxananın əməkdaşları Gülnaz Məmmədova, Xanım Abışova, şəhər kitabxana filialının kitabxanaçısı Fərqiyə Rəsulova , Yarməmmədbağı kənd kitabxana filialının müdiri Ofeliya Əzizova, Şəftəhal kənd kitabxana filialının kitabxanaçısı Məhruzə Kərimova öz çıxışlarında erkən nigah probleminin həllində ailənin, məktəbin və cəmiyyətin rolunu, belə tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar.