08.02.2021
Koronavirus (COVİD-19) infeksiyasının yarada biləcəyi təhlükənin və yoluxma hallarının qarşısının alınması məqsədilə Göyçay rayon Heydər Əliyev Mərkəzində dezinfeksiyaedici tədbirlər davam etdirilir. 07 fevral 2021-ci il tarixində Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin yerli qurumu tərəfindən növbəti dezinfeksiya tədbirləri həyata keçirilmişdir.