08.02.2021
“Həsən bəy Zərdabi İrs Mərkəzi”, Zərdab rayonu Heydər Əliyev Mərkəziilə birgə “Türk Dünyasının Xilaskarları” adlı layihəhəsinə start verilib. Layihə çərçivəsində “Türk dünyasının xilaskarları-müstəqillikdən zəfərə doğru” adlı silsilə online konfransların keçirilməsi nəzərdə tutulur. “Bir millət iki dövlət - Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” şüarı altında online formatda keçirilən layihənin ilk konfransı Türkiyədən araşdırmacı yazar Qazi Karabulut, Ankara Hacı Bayram Veli Universiteti Asiya Araşdırmalar Mərkəzinin Professoru Dr. Sinan Demirtürk , Araşdırmacı Yazar Önder Karakartalın iştirakı ilə gerçəkləşdirilib.
“Türk dünyasının xilaskarları- müstəqillikdən zəfərə doğru” mövzusunda keçirilən konfrans Samux, Astara, Sabirabad, Ağdaş, Qax, Şabran, Göyçay, Ucar, Salyan, Şirvan, Tovuz, Hacıqabul, Bakı şəhəri Yasamal rayonu Heydər Əliyev Mərkəzlərinin rəhbərləri və nümayəndələrinin birgə iştirakı ilə baş tutub. Tədbirdə ilk öncə Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova Mərkəz haqqında, Ümumilli Lider Heydər Əliyev irsinin təbliği istiqamətində görülən işlər və gələcək planlar barəsində ətraflı çıxış edib. “Həsən bəy Zərdabi İrs Mərkəzi”-nin həmtəsisçisi və sədri Seymur Bayramov Azərbaycan Türkiyə dostluq və qardaşlıq əlaqələrinin strateji əhəmiyyəti, birgə əməkdaşlıq müstəvisində görüş və konfransların müsbət nəticələri haqqında danışaraq gələcək mühüm layihələr haqqında qonaqlara geniş məlumat verib. 44 günlük Vətən müharibəsi zamanı qardaş Türkiyə Cumhuriyyətinin hökümət və qeyri-hökümət təşkilatlarının mənəvi dəstəyi, haqq səsimizin, erməni vandalizm və terror cinayətlərinin dünyaya çatdırılmasında mühüm təsiri haqqında danışan Seymur Bayramov strateji birgə əməkdaşlıq əlaqələrin daha da inkişaf etdirilməsi, informasiya müharibəsində ortaq diaspora fəaliyyəti müstəvisində həqiqətlərin dünyaya çatdırılmasının zəruriliyindən bəhs etdi və ümumilli lider Heydər Əliyevin əzmi və iradəsi, xaqlımızın ona olan etimadı ilə başlanan xilaskarlıq missiyasının, Cənab Ali Baş Komandan İlham Əliyevin gücü və qətiyyəti nəticəsində zəfərlə nəticələnməsini xüsusi qeyd edərək bu şərəfli missiyanın sağlam şəkildə gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıb.
Türkiyə Cumhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün həyat və fəaliyyətini daim araşdıran və təbliğ edən yazar Qazi Karabulut mühüm tarixi hadisələrə şərhlər verərək hər iki liderin qarşılaşdığı çətinliklər haqqında danışaraq milli mənəvi dəyərlərimizin təbliğində məhz xilaskar tarixi şəxslərin həyatının daim təbliğ olunmasının əhəmiyyətini qeyd edərək Milli kimlik, qurtuluş və dirçəlişimizin banisi olan liderlərin həyat yolu və hədəflərinin türk millətinin işıqlı sabahı üçün çıraq rolunu oynadığını bildirib. Azərbaycan və Türkiyə dostluq və qardaşlıq əlaqələrinin əbədi olacağını əminliklə söyləyən yazar bu əlaqələlərin dünyaya örnək münasibət olduğunu vurğulayıb.
Ankara Hacı Veli Bayram Universitetinin Professoru Dr. Sinan Demirtürk çıxış edərək Ümumilli Lider Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycanın daxili və xarici siyasətdə qısa zamanda əldə olunan mühüm naliyyətləri, müasirləşərək güclənməkdə olan ölkənin regionda nüfuzunun sürətlə artmasını məhz xilaskar liderin uzaqgörən siyasəti, xalqla olan birgə həmrəyliyinin nəticəsi kimi qiymətləndirib və İlham Əliyev cənablarının tarixi qələbəsinin xilaskarlıq missiyasının ən ali yüksəlişi kimi türk dünyasının tarixinə əbədi həkk olunmasını xüsusi ilə qeyd edib. Dr. Sinan Demirtürk Mirzə Fətəli Axundzadə, Həsən Bəy Zərdabi, Əlimərdan bəy Topçubaşov, Məhəmməd Əmin Rəsulzadə, Əli bəy Hüseynzadə və digər tarixi şəxsiyyətlərin adını qeyd edərək, onlar tərəfindən başladılan istiqlal hərəkatının Heydər Əliyev şəxsiyyətində ən uğurlu mərhələsinə qədəm qoyaraq qüdrətli Azərbaycan dövlətinin qurulması ilə nəticələndiyini qeyd edib. Azərbaycanın dünyanın bütün ölkələri ilə sağlam, güclü və strateji əməkdaşlıq əlaqələrini quraraq region və beynəlxalq aləmdə qazandığı əhəmiyyətli nüfuzu Türk dünyasnın böyük uğuru kimi qiymətləndirib.
Tədqiqatçı yazar Önder Karakartal, Samux rayonu Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova, Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova, Sabirabad rayon Heydər Əliyev Mərkəzinin direktoru Rəna Hacızadə çıxış edərək tədbirin gələcək uğurlu əməkdaşlıq əlaqələrin təmin olunmasında xüsusi əhəmiyyətindən, hər iki liderin şərəfli həyat yolundan söhbət açaraq layihənin davamlı olmasını arzu ediblər. Cənab Ali Baş Komandanın Şuşa şəhərinə səfəri zamanı “Vaqif poeziya günləri” və “Xarı bülbül” musiqi festivalının keçirilməsi ilə bağlı müvafiq tapşırıq və sərəncamları haqqında sevinc hisslərini bölüşən tədbir iştirakçıları bir zamanlar xəyal, indi isə gerçək olan arzularına qovuşduqlarını və tezliklə Şuşa şəhərində mədəni ictimai tədbirlərin birgə keçiriliməsinin əhəmiyyətini qeyd ediblər
Layihə şərçivəsində Türkiyə və Azərbaycan birgə əməkdaşlıq müstəvisində Ümumilli Lider Heydər Əliyev və Türkiyə Cumhuriyyətinin qurucusu Atatürkün həyat və fəaliyyəti haqqında seminarlar təşkil olunacaq. Ümumilli lider Heydər Əliyevin xilaskarlıq missiyası, müzəffər Ali Baş Komandanmız Cənab İlham Əliyevin qalibiyyəti haqqında tanınmış ictimai siyasi xadimlərin iştirakı ilə webinarlar keçiriləcək.