02.02.2021
01 fevral 2021-ci il tarixində Göyçay rayon Heydər Əliyev Mərkəzi, Gənclər və İdman İdarəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə "2 fevral- Gənclər Günü"nə həsr olunmuş onlayn tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Təranə Ömərova açıq elan etdikdən sonra Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonra Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Gənclər və İdman İdarəsinin rəisi Elşən Şirinov çıxış edərək gəncliyin böyük qüvvə olduğunu və müstəqilliyimizin qorunub saxlanılmasının, gələcəyimizin qarantı olduğunu bildirib. Göyçay rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova çıxış edərək söyləyib ki, ölkəmizdə gəncliyin inkişafı, gənclərin dünya birliyinə inteqrasiyası və bu istiqamətdə əhəmiyyətli tədbirlərin keçirilməsi dövlət siyasətinin əsas prioritetlərindəndir. Daha sonra çıxış üçün söz Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Coşqun İsmayılova verilib. O, öz çıxışında bildirib ki, gənclər siyasətinin düzgün həyata keçirilməsi dövlətin cəmiyyətdəki dayaqlarını möhkəmləndirməklə yanaşı, onun həyata keçirməyə çalışdığı siyasətin dəstəklənməsinə və müvəffəqiyyətlə həyata keçirilməsinə də gətirib çıxarır.
Növbəti olaraq, çıxış üçün söz Göyçay rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi Nuranə Əzizliyə verilib. O, qeyd edib ki, bu gün ölkəmizdə bütün yönlərdə – hərbi, təhsil, siyasi, iqtisadi və digər sahələrdə təmsil olunan gənclərin, onların qazandığı uğurların, nailiyyətlərin hamısı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Göyçay Gənclər evinin metodisti Həmidə Məcidli çıxış edərək vurğulayıb ki, gənclər Azərbaycan gerçəkliklərin dünyaya obyektiv şəkildə nümayiş olunmasının əsas qüvvələrindəndir. Sonda 4 saylı tam orta məktəbin müəlliməsi Səkinə Mürsəlova çıxış edərək qeyd edib ki, Azərbaycanın dinamik inkişafı zəngin intellektual potensiala malik gənclərin yetişdirilməsi ilə birbaşa əlaqəlidir.