21.12.2020
Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağdaş rayon Mədəniyyət Mərkəzinin rəssamı Məlahət İsmayıl 15 dekabr 2020-ci il tarixində “Mədəniyyət” kanalına müsahibə verib. Məlahət xanım bildirib ki, Vətən Müharibəsi başlayandan və Ağdaşa ilk Şəhid gələndən sonra Şəhidlərin portertlərini çəkmək qərarına gəlib. Bu günə kimi Ağdaş rayonunun 29 Şəhidindən 16-nın ümumilikdə isə 30 Şəhidimizin portretlərini hazırlayıb. O, bundan sonra da digər Şəhidlərimizin portretlərini hazırlayaraq ailələrinə hədiyyə edəcəyini qeyd edib. Vətən uğrunda qanından, canından keçən Şəhidlərin gözlərinə baxaraq onların portertlərini işləmək Məlahət xanım üçün çətin olsa da, canlarını bizlər üçün ortaya qoyan o igid, qəhrəman oğulların ailələrinə təskinlik vermək üçün bu addımı atıb. Məlahət xanım onu da bildirib ki, Ağdaş rayonundan sonra digər bölgələrimizdən olan Şəhidlərimizin də portretlərini hazırlayaraq onların ailələrinə bağışlayacaq.