24.11.2020
24 noyabr 2020-ci il tarixdə Ağdaş Regional Mədəniyyət İdarəsinin aparat işçilərinin, rayonlar üzrə nümayəndələrin və idarənin tabeliyində olan mədəniyyət müəssisə rəhbərlərinin iştirakı ilə videokonfrans keçirilmişdir. İclasda çıxış edən idarə rəisi Ramiz Quliyev tabe müəssisələrdə əmək intizamına ciddi riayət olunması barədə çıxış edərək Regional İdarə tərəfindən yaradılmış Monitorinq qrupunun yerlərdə olduğunu bildirmiş və bu məsələnin diqqət mərkəzində saxlanılacağını qeyd etmişdir. İclasda həmçinin, digər məsələlər də müzakirə olunmuş, mövcud vəziyyətlə əlaqədar tabe müəssisələrdə çalışan işçilərə Koronavirusla (Covid-19) mübarizədə profilaktik tədbirlərə ciddi şəkildə əməl olunması, müəssisələrdə dezinfeksiya işlərinin aparılması, yaşı 65 və daha çox olan, xüsusi qayğıya ehtiyacı olan insanların diqqət mərkəzində saxlanılması, elektron xidmətlərə daha çox üstünlük verilməsi, virtual məkanda aktivliyin artırılması, uşaq musiqi və incəsənət məktəblərində distant dərslərin, online tədbirlərin keçirilməsi və videoçarxların hazırlanması, müasir texniki imkanlardan daha geniş istifadə olunması barədə tapşırıqlar verilmişdir.