Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ucar rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Ahıl insanlarla görüşüblər.

25.09.2020

25 sentyabr 2020 ci il tarixində Ucar rayon Heydər Əliyev Mərkəzinin direktoru Mətanət Qəribova,elmi əməkdaşı Aybəniz Qəhrəmanova və bələdçisi Çinarə Qəhrəmanova 1939 cu il təvəllüdlü Hüseynov Fikrət Qabil oğlu və 1950 ci il təvəllüdlü Abdullayeva Zenfira Tacəddin qızı ilə görüşüblər. Fikrət Hüseynov və Zenfira Abdullayeva Ucar rayonunun Qaradağlı kənd sakinləridirlər və zamanında ”Lenin”adına kolxozda çalışmışlar. Ulu Öndər Heydər Əliyevin 1978 ci ildə Ucara gəlişi zamanı onunla görüşüb,söhbət etmişlər.Mərkəzin əməkdaşları onların mənzilində qonaq olublar,həmin anları xatırladan fotolara baxıblar.Fikrət bəy və Zenfira xanım Heydər Əliyevlə bağlı olan xatirələrini bölüşüblər və mərkəzin fonduna dəyərli eksponat hədiyyə ediblər.