Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zərdab rayon Heydər Əliyev Mərkəzinə növbəti virtual ekskursiya təşkil olunub.

25.09.2020

Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Heydər Əliyev Mərkəzi və Şamaxı YAP Gənclər Birliyinin təşkilatçılığı ilə Şamaxı rayon İkinci Cabani kənd tam orta məktəbinin şagirdləri  Azərbaycan xalqının Ümmumilli lideri Heydər Əliyevin  zəngin irsi ilə yaxından tanış olmaq məqsədilə Zərdab rayon Heydər Əliyev Mərkəzinə virtual  ekskursiya ediblər.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin Muzey bələdçisi Xanım İmanova virtual ekskursiya çərçivəsində şagirdlərə müasir Azərbaycanın memarı Heydər Əliyevin zəngin və şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çox saylı xidmətləri özündə əks etdirən eksponat, fotoşəkillər və kitablar haqqında ətraflı məlumat verib. Şamaxı rayon İkinci Cabani kənd tam orta məktəbin şagirdləri Ulu öndərin siyasi irsini təbliğ edən əyani vəsaitlərlə tanış olublar.

Arxitekturası ilə Zərdab rayonuna  xüsusi yaraşıq verən, əsrarəngizliyi ilə göz oxşayan, zənginliyi ilə qonaqlarını valeh edən Zərdab rayon Heydər Əliyev Mərkəzi ilə yaxından tanışlıq, Ümummilli liderin həyat və fəaliyyətinin əks olunduğu ekspozisiya zalını virtual ekskursiya edən  müəllim və şagirdlərdə  zəngin təəssürat yaradıb.

Virtual ekskursiyanın sonunda Şamaxı rayon İkinci Cabani kənd tam orta məktəbin şagirdlərini  maraqlandıran suallar  Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən cavablandırılıb.