Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Millət Vəkili Məzahir Əfəndiyev Rəsul Rzanın ev muzeyində olub.

17.09.2020

Sentyabrın 16-da 89 saylı Ağdaş-Göyçay seçki dairəsi üzrə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məzahir Əfəndiyev Rəsul Rza ev muzeyinə ziyarət etmiş, muzeylə tanış olmuşdur.

Muzeyin bələdçisi Gülnar Ağayeva qonaqları muzeylə ətraflı tanış etmiş, şairin həyat və yaradıcılığının müxtəlif məqamlarına toxunmuş, Rəsul Rzanın həyat yoldaşı şairə Nigar Rəfibəyli və yazıçı Ənvər Məmmədxanlı haqqında məlumatlar vermişdir. Muzey vasitəsilə Rəsul Rzanı daha yaxından tanıdığını və muzeylə tanışlıqdan məmnun olduğunu bildirən Məzahir Əfəndiyev vurğulayıb ki, ev muzeyinin yaradılması Xalq şairi Rəsul Rzanın yaradıcılığına diqqət və qayğının bariz nümunəsidir. O, bildirib ki, muzey şairin irsinin həm gələcək nəsillər üçün qorunub saxlanılmasında, həm də daim yad edilməsində böyük rol oynayacaq. Deputat muzeyin problemləri ilə də tanış olub, onların yaxın zamanda həll olunacağını bildirib. Sonda Millət Vəkili muzeyə üzərində özünün adı və Rəsul Rzanın fotosu olan divar saatı hədiyyə edib.