Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

15 sentyabr–Tarixi Zəfər günü

15.09.2020

15 sentyabr 2020-ci il tarixində Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağdaş, Ucar, Zərdab və Göyçay rayon MKS-lərinin 1918-ci ilin 15 sentyabrında Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusu tərəfindən Bakı şəhərinin erməni daşnak, eser-menşevik və ingilis istilasından azad edilərək AXC hakimiyyətinə təhvil verilməsi  gününə həsr olunmuş “15 sentyabr–Tarixi Zəfər günü” adlı video-konfrans keçirilib.

Konfransda Ağdaş rayon MKS-nin direktoru Seyfəddin Feyzullayev çıxış edərək 1918-ci il 15 sentyabr - istiqlalımızın real təməl üzərində qurulduğu gün haqqında geniş məlumat verib.

Ucar rayon MKS–nin direktoru Bəsirə Abbasova çıxış edərək bildirib ki, 1918-ci ilin 15 sentyabrında həm Azərbaycanın istiqlaliyyəti təmin olundu, həm də ermənilərin, bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına, törətdikləri qırğınlara son qoyuldu.

Göyçay rayon MKS–nin direktoru Rövşən Balayeva çıxışında Azərbaycan və Türkiyə birliyinin sarsılmaz və əbədi olduğunu vurğulayıb.

Ağdaş MKS–nin əməkdaşı Könül Musayeva çıxış edərək qeyd edib ki, ölkəmiz müstəqilliyini yenidən bərpa etdikdən sonra hər il sentyabrın 15–də bu əlamətdar gün xalqımız tərəfindən qeyd edilir, Şəhid əsgərlərin xatirəsi daima anılır.

Ağdaş MKS-nin 3 saylı şəhər kitabxanasının müdiri Ofeliya Qədirova və Ucar rayon MKS-nin Uşaq şöbəsinin əməkdaşı İlhamə Bayramova çıxış edərək hadisələrə öz münasibətlərini bildiriblər.