Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş rayon Mərkəzi kitabxanasında Videokonfrans keçirilmişdir.

11.09.2020

Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağdaş rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində “Kitabxanalarda görülmüş işlər və qarşıda duran vəzifələr” mövzusunda videokonfrans keçirilmişdir. Konfransı Ağdaş rayon MKS-nin direktoru Seyfəddin Feyzullayev açaraq “COVİD-19” pandemiyası dövründə Ağdaş rayon kitabxanalarında görülmüş işlərdən danışaraq qarşıda duran vəzifələr barədə məlumat verib. O, qeyd edib ki, Koronavirus Pandemiyası başladığı dövrdən etibarən kitabxanalarımızda vaxtaşırı dezinfeksiya işləri görülmüş, ölkə ərazisində elan olunmuş sərt karantin dövründə oxuculara onlayn və səyyar kitabxana xidmətləri göstərilmişdir. Hal-hazırda bütün kitabxanalarımız pandemiya dövrünün tələblərinə uyğun fəaliyyət göstərir.

Sentyabr ayında milli musiqimizin korifeyləri Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin anadan olmasının 135 illiyi qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun (Xarqo) və yazıçı, ssenarist, rejissor Həsən Seyidbəylinin anadan olmasının 100 illik yubileyləri ilə əlaqədar Sərancamlar imzalamışdır. Həmçinin bu il 1941-1945-ci illər müharibəsində alman faşistlərinə qarşı döyüşlərdə göstərdikləri qəhrəmanlıq və şücaətə görə Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülmüş  iki Ağdaşlı həmyerlimizin: Ləki qəsəbəsində anadan olmuş Fariz Səfərovun və Qolqəti kəndində anadan olmuş Səməd Abdullayevin də anadan olmasının 100 illiyidir. Bütün bunlar barədə kitabxanalarımızda pandemiya rejiminin tələblərinə əməl edilməklə tədbirlər keçirilməlidir.

MKS-nin direktor müavini Sevgili Həsənova, Metodiki işlər şöbəsinin müdiri Məhərrəmova Xuraman, həmçinin Oxuculara xidmət şöbəsinin müdiri Alıyeva Müşərrəf, 3 saylı kitabxananın müdiri Qədirova Ofelya çıxış edərək görülmüş və nəzərdə tutulmuş işlərdən danışıblar.