Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Heydər Əliyevin sülh siyasəti” mövzusunda videokonfrans keçrilib.

02.09.2020

2 sentyabr 2020-ci il tarixində Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət Zərdab rayon Heydər Əliyev Mərkəzinin və Ağstafa Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Tovuz rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə 21 Sentyabr Beynəlxalq Sülh günü münasibətilə  “Heydər Əliyevin sülh siyasəti” mövzusunda videokonfrans keçrilib.

Tədbirdə eyni zamanda Agdaş və Ağstafa  Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Mədəniyyət müəssisələrinin əməkdaşları iştirak etdilər.

Tovuz Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova  tədbiri açaraq bildirib ki, Sülh bəşəri rəmzə çevrilərək insanların arzu etdiyi və can atdığı bütün müsbət keyfiyyətləri özündə birləşdirən bir məfhumdur. Ona görə də dünya ölkələrinin yekdil qərarı ilə BMT 1981-ci il  21 sentyabr tarixinin Beynəlxalq Sülh Günü kimi qeyd olunması barədə qərar qəbul etmişdir. Bu əlamətdar günün əhəmiyyəti zaman keçdikcə, münaqişə ocaqları alovlandıqca üzə çıxır. Bəşəri rəmzə çevrilmiş bir anlayış kimi sülhə yüzlərlə tərif vermək, onu yüzlərlə sözlə ifadə etmək olar.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova “Heydər Əliyevin sülh siyasəti” mövzusunda  çıxış edərək Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan dövlətinin hər zaman sülhsevər siyasət yürüdəcəyini bəyan etdiyini xüsusi olaraq tədbir iştirakçılarının diqqətinə çatdırıb: “Azad və demokratik cəmiyyət quruculuğu yolunda qətiyyətli addımlarını atan və geosiyasi cəhətdən olduqca həssas bölgədə yerləşən müstəqil Azərbaycan Respublikası üçün sülhün, sabitliyin hökm sürdüyü təhlükəsiz mühit həyati əhəmiyyət kəsb edən bir məsələdir. Bu Beynəlxalq Sülh günündə arzu edirik ki, “Sülh göyərçini” Azərbaycanı sülh yolu ilə öz  Qarabağına və digər torpaqlarına qovuşdursun!”

Videokonfransda  həmçinin Ağdaş Regional Mədəniyyət idarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Şahnaz Mustafayeva çıxış edərək Beynəlxalq  Sülh Günü insanların sülh şəraitində yaşamaq hüququ ilə yanaşı, bütün insan hüquq və azadlıqlarının gerçəkləşməsini, hər bir istəyə yalnız sülh şəraitində çatmağın mümkünlüyünü təcəssüm etdirir-deyə qeyd edib.

Konfransda digər çıxış edənlər  İnsanlar arasında sülh dəyərlərini yaymaq, sülh mədəniyyətini təbliğ etməyin zəruri olduğunu xüsuis olaraq qeyd ediblər. Bildirilib ki, ümumiyyətlə, sülh və sabitlik inkişafın təməlidir. Bu proses hər ölkədə və regionda, onun tarixindən, mədəniyyətindən və ənənələrindən asılı olaraq özünəməxsus şəkildə inkişaf etdirilir.