Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Yeni nəsil Ulu Öndərin ideyaları ruhunda böyüməlidir”

19.08.2020

Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən “Gənc Heydər Əliyevçilər” məktəbinin ZOOM proqramı vasitəsilə növbəti onlayn məşğələsi keçirilib. 

Ulu Öndər Heydər Əliyevin ideyalarını əqidəyə çevirmək, bu əqidəni yetişən nəslin ruhuna hopdurmaq, onları əsl vətəndaş kimi yetişdirmək, ölkənin, xalqın mənafeyi uğrunda fədakar mübarizlər kimi formalaşdırmaq, müstəqillik qazanmış suveren ölkənin tələblərinə cavab verən bir səviyyəyə qaldırmaq Zərdab rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən “Gənc Heydər Əliyevçilər” məktəbinin şagirdlərinə keçirilən məşğələlərdə mühüm, ümdə vəzifədir. Belə bir vəzifənin uğurlu həlli üçün bütün tərbiyə işinin qoyuluşuna, onun daxili məzmun istiqamətinə nüfuz etmək, şagirdlərin  idrakına və qəlbinə Heydər Əliyev  ideyaları ilə təsir göstərmək lazımdır.

Online məşğələdə Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova şagirdlərin diqqətinə Heydər Əliyevin həqiqi ədalət adamı olması, başladığı işin uğurla başa çatdırması üçün böyük əzm və iradə nümayiş etdirməsi, səbrli və mahir siyasətçi,  sülh, əmin-amanlıq yolçusu olması uşaqların, ümumən, hər bir ölkə vətəndaşının qürur mənbəyi olduğunu çatdırıb.

Mərkəzin Muzey bələdçisi Xanım İmanova isə məhz ibtidai siniflərdən başlayaraq, yorulmaz zəhmətkeş, valehedici dərəcədə çalışmaq qabiliyyəti olan bir insan kimi Heydər Əliyevin obrazını daha dərindən və mükəmməl öyrənməyi şagirdlərə tövsiyyə edib.