Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş Regional Mədəniyyət İdarəsində növbəti videokonfrans keçirilib.

30.07.2020

30 iyul 2020-ci il tarixdə Ağdaş Regional Mədəniyyət İdarəsinin aparat işçilərinin, rayonlar üzrə nümayəndələrin və idarənin tabeliyində olan mədəniyyət müəssisə rəhbərlərinin iştirakı ilə videokonfrans keçirilmişdir. Tədbirdə ilk öncə müqəddəs Qurban bayramı ilə əlaqədar nəzərdə tutulan tədbirlər geniş müzakirə edilmişdir. İclasda çıxış edən idarə rəisi Ramiz Quliyev Qurban bayramı münasibətilə hər kəsi təbrik edib və bu günlərdə aztəminatlı ailələrin diqqət mərkəzində saxlanılacağını qeyd etmişdir. İclasda həmçinin, digər məsələlər də müzakirə olunmuş, mövcud vəziyyətlə əlaqədar tabe müəssisələrdə çalışan işçilərə Koronavirusla (Covid-19) mübarizədə profilaktik tədbirlərə ciddi şəkildə əməl olunması, əmək intizamına ciddi riayət olunması, müəssisələrdə dezinfeksiya işlərinin aparılması, yaşı 65 və daha çox olan, xüsusi qayğıya ehtiyacı olan insanların diqqət mərkəzində saxlanılması, elektron xidmətlərə daha çox üstünlük verilməsi, virtual məkanda aktivliyin artırılması, hərbi-vətənpərvərlik mövzusunda online tədbirlərin keçirilməsi və videoçarxların hazırlanması, müasir texniki imkanlardan daha geniş istifadə olunması barədə tapşırıqlar verilmişdir.