Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş rayon MKS-nin 68 saylı şəhər kitabxanasında mütaliə saatı keçirilib.

24.07.2020

Ağdaş rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 68 saylı şəhər kitabxanasında “Yay məktəbi” layihəsi çərçivəsində  “Kitab oxu, kitabla dost ol” adlı mütaliə saatı keçirilmişdir. “Mütaliə saatı”nın keçirilməsində əsas məqsəd kitabxanada olan kitablarla məktəbliləri tanış etmək, onları mütaliəyə, kitab oxumağa həvəsləndirməkdən ibarət olmuşdur.

Tədbirdə uşaqlar mütaliə etdikləri əsərlər haqqında öz fikirlərini söyləmiş və kitabxananın fonduna daxil olan yeni kitablar ilə tanış olmuşlar.