Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş Regional Mədəniyyət İdarəsində növbəti videokonfrans keçirilib.

17.07.2020

17 iyul 2020-ci il tarixdə Ağdaş Regional Mədəniyyət İdarəsinin aparat işçilərinin, rayonlar üzrə nümayəndələrin və idarənin tabeliyində olan mədəniyyət müəssisə rəhbərlərinin iştirakı ilə videokonfrans keçirilmişdir. Tədbirdə son günlər cəbhədə baş verən kəskin təxribatlar ilə əlaqədar Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarının əhalisi, xüsusilə gənclər arasında hərbi-vətənpərvərlik ruhunda təbliğatın gücləndirilməsi sahəsində nəzərdə tutulan tədbirlər geniş müzakirə edilmişdir. İclasda çıxış edən idarə rəisi Ramiz Quliyev və müəssisə rəhbərləri erməni təxribatını pisləmiş, ordumuza dəstək olduqlarını və Ali Baş Komandan cənab İlham Əliyevin çağırışına hər bir azərbaycanlı kimi hazır olduqlarını vurğulamışlar. İclasda, həmçinin, digər məslələr də müzakirə olunmuş, mövcud vəziyyətlə əlaqədar tabe müəssisələrdə çalışan işçilərə Koronavirusla (Covid-19) mübarizədə profilaktik tədbirlərə ciddi şəkildə əməl olunması, əmək intizamına ciddi riayət olunması, müəssisələrdə dezinfeksiya işlərinin aparılması, elektron xidmətlərə daha çox üstünlük verilməsi, virtual məkanda aktivliyin artırılması, hərbi-vətənpərvərlik mövzusunda online tədbirlərin keçirilməsi və videoçarxların hazırlanması, müasir texniki imkanlardan daha geniş istifadə olunması barədə tapşırıqlar verilmişdir.