Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Əliyev Tahir Məmməd oğlu

20.04.2020

Qocaman mədəniyyət işçisi Tahir Məmməd oğlu Əliyev 20 aprel 2020-ci il tarixində 73 yaşında vəfat etmişdir.

Əliyev Tahir Məmməd oğlu 02 iyun 1947-ci ildə Ağdaş rayonunda anadan olmuşdur. Orta məktəbi Ağdaş şəhərində bitirdikdən sonra 1963-68 ci illərdə Asəf Zeynallı adına Musiqi Texnikumunun Xalq çalğı Alətləri şöbəsində tar ixtisası üzrə təhsil almışdır. Sonra Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda İqtisadçı ixtisası üzrə Ali təhsil almışdır. 1972-73 cü illərdə Sovet Ordusunun sıralarında hərbi xidmətdə olmuşdur.

Əmək fəaliyyətinə təhsil adldığı dövrlərdə başlayan Tahir Əliyev ilk öncə N.Krupskaya adına Kitabxanaçılıq Texnikumunda tar müəllimi, sonra isə 1974-1987-ci illərdə Qəbələ (o zamanki Qutqaşen) rayon uşaq musiqi məktəbinin direktoru vəzifəsində çalışmışdır.

1987-ci ildə Ağdaş rayon Mədəniyyət şöbəsinin müdiri vəzifəsinə təyin olunan Tahir Əliyev 2003-cü ilədək bu vəzifədə çalışmışdır.2003-cü ildə O, Ağdaş rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində işləmişdir. Lakin, 2004-cü ildə Tahir Əliyev öz ərizəsi ilə tutduğu vəzifədən azad olunaraq yenidən Ağdaş rayon Mədəniyyət şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur. Tahir Əliyev 2017-ci ilədək bu vəzifədə çalışmış və Regional Mədəniyyət İdarələri yaradıldıqdan sonra Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur.

9 yanvar 2019-cu il tarixində öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir.

2009-cu ildə Tahir Əliyev Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə “Dövlət Qulluğunda Fərqlənmə” medalı ilə təltif olunmuşdur.

Ağdaş Regional Mədəniyyət İdarəsinin rəhbərliyi və Regional İdarəyə aid olan Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarında fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları adindan Tahir müəllimin ailəsinə, yaxınlarına və sevdiklərinə dərin hüznlə baş sağlığı verir, Allahdan səbr diləyirik. Məkanı cənnət, ruhu şad olsun. Allah rəhmət eləsin!!!