Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ucar rayon Tarix–Diyarşünaslıq muzeyində Xocalı faciəsinin qurbanları anılıb.

27.02.2020

25 fevral 2020 –ci il tarixində Xocalı soyqırımının 28 – ci ildönümü ilə əlaqədar Ucar rayon Tarix–Diyarşünaslıq  muzeyinin kollektivi Ucar rayon Şəhidlər Xiyabanını ziyarət etmiş, 26 fevral 2020 – ci il tarixdə isə muzeydə “ Xocalı faciəsi XX əsrin faciəsidir “ adlı söhbət təşkil etmişlər. Tədbirdə muzey işçiləri ilə yanaşı, Ucar rayon Qazyan kənd 2 nömrəli tam orta məktəbin bir qrup müəllim və şagird kollektivi iştirak  etmişlər. Xocalı faciəsini əks etdirən lövhənin önündə muzey əməkdaşları bu mövzuda mühazirələrlə çıxış etmişlər.