Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Maqsud Şeyxzadənin ev muzeyində görkəmli ədibin anım günü keçirilib.

21.02.2020

20 fevral 2020-ci il tarixində Ağdaş rayon Maqsud Şeyxzadə muzeyində tanınmış azərbaycanlı, Özbək ədəbiyyatında və dramaturgiyasında xüsusi yeri olan, tərcüməçi, pedaqoq, Maqsud Şeyxzadənin anım günü ilə əlaqədar tədbir keçirilib.

        Tədbiri giriş sözü ilə açan Maqsud Şeyxzadə muzeyinin direktoru Məhəbbət Səfərova Azərbaycan mühacirət ədəbiyyatının tanınmış nümayəndəsi Maqsud Şeyxzadənin yaradıcılığı, onun Özbək ədəbiyyatına verdiyi töhvələrdən danışıb.

Sonra çıxış edən muzey əməkdaşları Səidə Abdullayeva və Nərgiz Səmədova ədibin Özbək xalqının qəhrəmanı "Cəlaləddin Mənguberdi" və hökmdar "Mirzə Uluğbəy" kimi tarixi şəxsiyyətlər haqqında yaratdığı ölməz əsərlərlə Özbək dramaturgiyasının əsasını qoyduğunu bildiriblər.

Tədbirdə Ağdaş rayon MKS-nin, rayon Tarix-Diyarşünaslıq Muzeyinin,Uşaq Kitabxanasının əməkdaşları iştirak ediblər.

Sonda Maqsud Şeyxzadənin həyatı və yaradıcılığına həsr olunmuş video-çarx nümayiş etdirilib.