Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş rayon Mərkəzi kitabxanasında Beynəlxalq Ana Dili Günü qeyd edilib.

21.02.2020

20 fevral 2020-ci il tarixində Ağdaş rayon Mərkəzi kitabxananın oxu zalında 21 fevral- Beynəlxalq Ana Dili Gününə həsr edilmiş “Ana dili milli varlığımızdır” adlı tədbir keçirilib.

         Tədbiri giriş sözü ilə Ağdaş rayon MKS-nin direktoru Seyfəddin Feyzullayev açaraq bildirib ki, dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana dili günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır. Dil hər hansı bir xalqın varlığının təzahürü, onun milli sərvətidir.

        MKS-nin oxulara xidmət şöbəsinin əməkdaşı Dəyanət Səfərova çıxış edərək 21 Fevral-Beynəlxalq Ana Dili Gününün əhəmiyyətindən, ədəbi dil normalarının qorunması uğrunda mübarizədən danışaraq qeyd edib ki, 1952-ci il fevralın 21-22-də Pakistanda Benqal dilinin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində 4 nəfər həlak olmuşdu.Banqladeşin nümayəndələri fevralın 21-nin məhz həmin şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq Ana Dili Günü kimi qeyd edilməsi haqqında müraciət etmişlər. Birləşmiş Millətlər Təşkilatı 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-ni Beynəlxalq Ana Dili Günü elan etmişdir.

       MKS-nin əməkdaşı Vüsalə Məmmədova çıxışında dilimizin zənginləşdirilməsi və inkişaf etdirilməsində ümummilli liderimiz Heydər Əliyevin xidmətlərini xüsusi vurğulayıb.O, bildirib ki, ümummilli liderin ideyalarını davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan dili haqqında imzaladığı çoxsaylı sərəncamlar doğma dilimizə və ədəbiyyatımıza dərin ehtiramın ifadəsidir.

     Tədbirdə mövzu ilə əlaqədar  video-çarx nümayiş olunub,Müşfiq İsayev adına tam orta məktəbin 1b sinif şagirdlərinin  ifasında ana dilimizin gözəlliyini tərənnüm edən şeirlər səsləndirilib.

      Sonda “21 fevral Beynəlxalq Ana Dili Günü” adlı sərgiyə baxış keçirilib.