Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaşda “Kitab bağışlama günü” qeyd edilib.

17.02.2020

Ağdaş rayon Mərkəzi kitabxanasında “14 fevral–Beynəlxalq kitab bağışlama günüdür” adlı sərgi təşkil olunub. Sərgidə yeni kitablar nümayiş olunub.

     Tədbirdə Ağdaş rayon MKS-nin Abonement bölmə müdiri Ruhiyyə Cavadova Kitab bağışlama gününün keçirilmə tarixi haqqında sərgi iştirakçılarına məlumat verib. Bildirib ki, bu təqvimdə ən gənc bayramlardandır. Bu gün uşaqlara kitab bağışlayan və onlarda kitaba məhəbbət yaradan bütün insanları birləşdirir. 2012-ci ildən qeyd edilən bu bayram ABŞ-da məşhur “Delightful Children’s Books” uşaq kitabı saytının yaradıcısı Emmi Brodmoorun adı ilə bağlıdır. Bu ideyanı ona balaca oğlu verib. O, anasından niyə insanların bir-birinə kitab bağışladığı xüsusi gün olmamasını soruşub.2013-cü ildən etibarən bu gün dünyanın bir çox ölkəsində “Dövlətlərarası kitab vermə günü” olaraq qeyd olunmağa başlayıb.R.Cavadova onu da vurğulayıb ki, son illər Azərbaycanda da bu gün  qeyd olunur. Sərgi ilə tanış olan oxuculardan  Samirə Quluyeva, Jalə Hacıyeva, Məxluqə Məmmədova, Könül Allahverdiyeva, Billurə Əliyevaya xoşladıqları kitablar hədiyyə verilib.