Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Həsən bəy Zərdabi muzeyində “Millətin mənəvi atası” adlı tədbir keçirilib.

11.02.2020

Həsən bəy Zərdabi muzeyində Həsən bəy Zərdabinin həyat və fəaliyyətinin təbliği ilə əlaqədar “Millətin mənəvi atası” adlı tədbir keçirilib.Tədbiri muzeyin direktoru Vəfa Bayramova açaraq qeyd edib ki, Həsən bəy Zərdаbi Аzərbаycаn mədəniyyəti tаriхində misilsiz хidmətləri оlаn, həyаt və yаrаdıcılığı ilə öz хаlqının mədəni və еlmi fikir intibаhı tаriхində silinməz izlər qоyаn görkəmli mütəfəkkir və ictimаi хаdimdir.O, bütün ziyalıların, həqiqi vətənpərvərlərin əsas vəzifəsini xalqı qəflət yuxusundan oyatmaqda, elmi, maarifi xalq arasında geniş yaymaqda görürdü. Həsən bəy zəngin ədəbi irsi və fəаliyyəti ilə Аzərbаycаn mədəniyyəti tаriхinə yаddаşlаrdаn silinməyən izlər qоyub gеtmiş böyük tаriхi və ədəbi şəхsiyyətdir. Xalqın səadəti, maariflənməsi yolunda çalışıb mübarizə aparanlar heç vaxt unudulmur.
Tədbirdə çıxış edən H.B.Zərdabi muzeyinin fond mühafizi Leyla Əliyeva, elmi işçi Tavad Qurbanova, ekskursiyaçı Gülbəniz Əhmədova,Mədəniyyət Mərkəzinin bədii rəhbəri Əlniyyət Əliyev,Tarix-Diyarşünaslıq muzeyinin əməkdaşı Asifə Əliyeva və başqaları çıxış edərək qeyd ediblər ki, Həsən bəy Zərdabi yandırdığı maarif məşəlini ömrünün sonunadək əlindən yerə qoymamışdı.Qəlbinin hərarətini,gözünün nurunu bu müqəddəs amalın gerçəkləşməsinə həsr etmiş, bu yolda ömrünü şam kimi əritməkdən çəkinməmişdir.
Tədbirin sonunda şair Mübariz Səfiyaroğlu Həsən bəy Zərdabiyə həsr etdiyi şeiri söyləyib.