Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zərdab rayon Heydər Əliyev Mərkəzində “Gəncliyimiz gələcəyimizdir”adlı tədbir keçirilib.

03.02.2020

      31 yanvar 2020-ci il tarixində 2 feval Gənclər günü münasibətilə Zərdab rayon Heydər Əliyev Mərkəzində Həsən bəy Zərdabi muzeyinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Gəncliyimiz gələcəyimizdir”adlı tədbir keçirilib.

         Tədbirdə çıxış edən Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova və Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova 2 fevral Gəncər günü münasibətilə bütün gəncləri təbrik ediblər.

         Qeyd edilib ki,tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümüdlərini ilk növbədə, gənc nəsilə bağlayır.Gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir.Gənclik bir millətin yaşaması,inkişafı üçün təməl daşıdır.Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün gücünü toplamalı,vətənin inkişafı üçün səylə çalışmalı öz siyasətində onlara arxalanan ölkə Prezidentinin etimadını həmişə doğrultmalıdırlar.

         Tədbirdə H.B.Zərdabi muzeyinin elmi işçisi Tavad Qurbanova,Muzeyin ekskursiyaçısı Gülbəniz Əhmədova,Heydər Əliyev Mərkəzinin elmi işçisi Alagöz Namazova, ekskursiyaçısı Xanım İmanova və başqaları çıxış edərək bütün  gəncləri  təbrik ediblər.