Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zərdab rayon Mərkəzi Kitabxanasında “Bizim gələcəyimiz Gənclərimiz” adlı tədbir keçirilib.

03.02.2020

31 yanvar 2020-ci il tarixində Zərdab rayon Mərkəzi Kitabxanasında 2 Fevral-Gənclər Günü ilə əlaqədar Mərkəzi Kitabxana və rayon Tarix-Diyarşünaslıq Muzeyi iıə birgə “Bizim gələcəyimiz Gənclərimiz” adlı tədbir keçirilib.

Tədbiri Zərdab rayon MKS-nin direktoru Nailə Əliyeva açaraq, Gənclər Günü münasibətilə gəncləri təbrik edərək bildirib ki, bu gün hər kəsə məlumdur ki, 2 feval gününün Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilr. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynamışdır. Bu siyasət çərçivəsində uğurla icra olunan bir sıra tədbirləri sadalamaqla biz gənclərimizin dövlətçiliyə bağlı, intelektual, yüksək dünyagörüşlü bir qüvvə kimi formalaşmasının şahidi oluruq.

Sonra Tarix-Diyarşünaslıq Muzeyinin elmi işçisi Ziyalə Əliyeva “Gənclər dövləti inkişaf etdirən başlıca sütundur” və Mərkəzi Kitabxananın əməkdaşı Cəmalə Feyzullayeva “Bizim gələcəyimiz Gənclərimiz” adlı məruzə ilə çıxış ediblər.

Tarix Diyarşünaslıq Muzeyinin direktoru Şahnaz Mustafayeva çıxışında qeyd edib ki,hər bir ölkənin gələcəyi onun gəncliyindən asılıdır. Bütün dövrlərdə gəncliyin mənəvi və fiziki sağlamlığı cəmiyyət üçün önəmli olub. Əgər cəmiyyətdə proqres varsa deməli o cəmiyyətdə gənclər də proqressiv, intellektual, mənəvi və fiziki anlamda sağlam olacaqlar. Gənclik gələcəyin özü, böyük güc, böyük arzular, böyük ümidlər və sağlam düşüncə deməkdir. Hər bir gənc bütün bunların dəyərini bilməli, ailəsi, vətəni və cəmiyyəti üçün önəmli şəxsiyyət olmağa çalışmalıdır.

Tədbirdə çıxış edən Xanım Abışova, Şəlalə Əliyeva və başqaları bayram münasibətilə özünü gənc hesab edən hər kəsi təbrik ediblər.