Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaşda Gənclər günü təntənəli şəkildə qeyd edilib.

03.02.2020

31 yanvar 2020–ci il tarixində Habil Əliyev adına Ağdaş şəhər uşaq musiqi məktəbində Ağdaş rayon Gənclər və İdman idarəsinin,  Ağdaş şəhər uşaq musiqi məktəbinin və Gənclər kitabxanasının təşkilatçılığı ilə 2 fevral Gənclər gününə həsr olunmuş tədbir keçirilmişdir. İlk öncə tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri qoyaraq ümummilli liderin ruhunu dərin ehtiramla yad etmişlər.

          İlk öncə Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra Tədbiri giriş sözü ilə Ağdaş Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov açaraq Gənclər gününün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunmasından, bu günün 1997-ci ildə Ulu Öndər Heydər Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunmasının gəncliyə göstərdiyi diqqət və qayğının nümunəsi olduğundan və prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafına təkan verdiyini və onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynadığından söz açmışdır.

          Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Aynur Novruzova gəncləri təbrik edərək onlara uğurlar arzulamışdır.  

         Tədbirdə Ağdaş şəhər uşaq musiqi məktəbinin müəllim və şagirdlərindən ibarət ansamblı maraqlı konsert proqramı ilə çıxış etmişdir.  

         Sonra Ağdaş Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov tərəfindən rayonun ictimai- siyasi həyatında fəal rol oynayan bir sıra qabaqcıl gənclər Fəxri fərmanla və hədiyyələrlə mükafatlandırılmışlar.

               Yekunda tədbir iştirakçıları Musiqi məktəbinin foyesində Ağdaş rayon Mərkəzi kitabxanasının və Gənclər kitabxanasının və birgə hazırladığı fotostend və “ Azərbaycan Gənci! Kitab oxumağın vaxtıdır” adlı kitab sərgisi ilə tanış olmuşlar.