Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Rəsul Rza ev muzeyində 2 fevral Gənclər Günü qeyd olunub

29.01.2020

Yanvarın 28-də Rəsul Rzanın ev muzeyində 2 fevral Gənclər Günü ilə əlaqədar “Heydər Əliyev: Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun bu günü, həm də sabahı, ümididir” başlıqlı tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Solmaz Həsənova Göyçay Peşə Litseyinin bir qrup şagirdlərini salamlayaraq qeyd etmişdir ki, hər kəsə məlum olduğu kimi 2 fevral gününün Gənclər günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adıyla bağlıdır. Məhz onun hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsası qoyulmuşdur. Ulu Öndərin prezidentliyi dövründə ölkə gəncləri onun diqqət və qayğısını daim öz üzərlərində hiss etmişlər.

Digər natiq muzeyin bələdçisi Gülnar Ağayeva prezident İlham Əliyevin Azərbaycan gənclərinin inkişafı naminə atdığı addımları xüsusi vurğulayaraq qeyd etmişdir ki, gənclərin hərtərəfli inkişafını stimullaşdırmaq məqsədilə prezident İlham Əliyev 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər fonudunun yaradılması barədə sərəncam imzalamışdır.

Digər natiq Peşə Litseyinin təlim ustası Oktay Əliyev mövzu ilə bağlı fikirlərini bildirərək qeyd etmişdir ki, əsası Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonda tədbir iştirakçıları muzeyin ekspozisiyası ilə tanış olmuşlar.