26.02.2018
22 fevral 2018- ci il tarixində Ağdaş rayon Heydər Əliyev Mərkəzində Mərkəzi Kitabxana və 1 saylı şəhər kitabxanasının birgə təşkilatçılılğı ilə "Xocalı-26" adlı dəyirmi masa keçirilmişdir. Tədbiri giriş sözü ilə MKS-nin direktoru S. Feyzullayev açaraq Xocalı hadisələrinin tariximizin ən qanlı yaddaşlarından biri olduğunu bildirmişdir. Sonra Xocalı faciəsi ilə bağlı videoçarx nümayiş etdirilmiş və Xocalı şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə iştirak edən RİH başçısı aparatının məsul işçisi Qalib Həsənov, Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov və digərləri öz çıxışlarında Xocalı faciəsində həlak olan şəhidlərimizin ruhunun daima Azərbaycan xalqının qəlbində yaşayacağını və heç zaman unudulmayacağını bildirmişlər. Ağdaş Dövlət Humanitar Kollecinin işçisi Manafova Dilarə məruzəsində fevralın 25-dən 26-na keçən gecə erməni qəsbkarları tərəfindən Xocalı şəhərinin işğalı, xalqın başına gətirilən zülmlər, işgəncələr,didərgin düşmüş xocalı sakinlərinin acınacaqlı vəziyyəti haqqında danışdı. Xocalı şəhidi Əhmədov Baxşəlinin bacısı Həşimova Rəqiyyə Mirağa qızı Xocalı faciəsində qardaşının qəhrəmanlığından söhbət açdı. Sonda "Xocalı-26" adlı sərgiyə baxış keçirildi.