Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Regionun mədəniyyət işçiləri ağacəkmə aksiyasında fəal iştirak ediblər.

06.12.2019

6 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Birinci vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə respublikanın bütün bölgələrində ağacəkmə aksiyası keçirilib. Böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilən aksiyada Ağdaş Regional Mədəniyyət İdarəsinin şəbəkəsinə daxil olan Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarında fəaliyyət göstərən mədəniyyət işçiləri fəal iştirak ediblər. Eyni zamanda aksiya zamanı rayon Mədəniyyət Mərkəzlərinin nəzdində fəaliyyət göstərən özfəaliyyət kollektivləri konsert proqramları ilə çıxışlar ediblər.