Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zərdab rayon Heydər Əliyev Mərkəzində “Açıq dərs” keçirilib.

05.12.2019

4 dekabr 2019 – cu il tarixində Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Heydər Əliyev Mərkəzində Çallı kənd tam orta məktəbinin IX-X sinif şagirdlərinə 12 dekabr Ulu Öndər Heydər Əliyevin xatirəsinin anım günü ilə bağlı “Yeni nəsil Ulu Öndərin ideyaları ruhunda böyüməlidir” mövzusunda “Açıq dərs” keçirilib.
Dərsdə xüsusi vurğulanıb ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ideyaları 21-ci əsrdə onun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
“Açıq dərs”də şagirdləri maraqlandıran suallar ətraflı cavablandırılıb.
Sonda məktəblilər Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Burada onlar Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlı fotoşəkillər və sənədlər barədə məlumatlandırılıblar.