Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zərdab rayon Heydər Əliyev Mərkəzində növbəti nigah mərasimi keçirilib.

22.11.2019

21 noyabr 2019-cu il tarixində Zərdab rayon Heydər Əliyev Mərkəzində Zərdab rayon sakinləri Ehram bəylə Xədicə xanımın nigah mərasimi keçirilib.

Mərasimdən öncə nigaha daxil olan gənclərə Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə ətraflı məlumat verilib.

Zərdab rayon Qeydiyyat şöbəsinin rəisi Rahim Nuriyev tərəfindən nigahları rəsmiləşdirilən gənclərə  Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova tərəfindən xatirə hədiyyələri təqdim edilib. Nigaha daxil olan gənclərimizi və onların ailə üzvlərini bu münasibətlə təbrik edir, onlara xöşbəxt ömür, ailə səadəti arzu edirik.