Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zərdab rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi ilə əlaqədar olaraq dəyirmi masa keçirilmişdir.

15.02.2018

2018-ci il fevralın 6-da Zərdab rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Mərkəzdə Prezident İlham Əliyevin 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi haqqında sərəncamına uyğun olaraq “2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi haqqında sərəncam tarixi bir hadisədir” mövzusunda dəyirmi masa keçirildi. Dəyirmi masada 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi haqqında dövlətimizin başçısının sərəncamından irəli gələn məsələlər müzakirə olunub.
Tədbirdə Heydər Əliyev Mərkəzinin işçiləri, Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 36 saylı filial kitabxanasının işçiləri, H.Aslanov adına rayon 3 saylı tam orta məktəbin müəllim və şagirdləri, Zərdab rayon Gənclər və İdman İdarəsinin, Zərdab rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları iştirak etdilər.
Tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimovanın “Ümummilli lider Heydər Əliyev və Azərbaycan Xalq Cümhuriyyəti ənənələrinin varisliyi”, Mərkəzin fond mühafizi Nicat Əhmədzadənin isə “”2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi haqqında sərəncam tarixi hadisədir” mövzusunda məruzələri dinlənilib.
Zərdab rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Ələkbər Kərimov Cümhuriyyət dövründə xalqımızın reallaşmayan arzularının ulu öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində gerçəkliyə çevrildiyini bildirib, belə tədbirlərin maariflənmə sahəsində mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Zərdab rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin müəlliməsi Hicran xanım Cümhuriyyət ideyalarının xalqımızın yaddaşında silinməz iz qoyduğunu, müstəqil dövlətçiliyimizin möhkəmlənməsində mühüm rol oynadığın deyib, azərbaycançılıq məfkurəsinin yeniyetmə və gənclərə aşılanması sahəsində əsas vəzifələrdən danışıb.
Zərdab rayon Heydər Əliyev Mərkəzində Prezident İlham Əliyevin 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi haqqında sərəncamına uyğun olaraq “Biz Azərbaycan Xalq Cümhuriyyətinin varisiyik” başlıqlı sərgi təşkil olunub. Sərgi 2018-ci il ərzində daimi nümayiş olunacaq.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən tədbirdə iştirakçıların sualları cavablandırılıb.
Sonda şagirdlərin hazırladığı “Vətən, Torpaq, Şəhid” ədəbi-bədii kompozisiyası təqdim olundu.