Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Göyçay Rayon Heydər Əliyev Mərkəzində mədəniyyət işçiləri üçün təlimlər keçirilib.

19.11.2019

         Respublikamızda mədəniyyət müəssisələrində çalışan əməkdaşların hazırlıq səviyyəsinin artırılması məqsədi ilə 19 noyabr 2019-cu il tarixində Göyçay Rayon Heydər Əliyev Mərkəzində Mədəniyyət Naziriliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi və Bakı şəhər Mədəniyyət Baş İdarəsi ilə birgə Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Mədəniyyət evlərində çalışan əməkdaşlar üçün təlimlər keçirilib.
         Tədbirdə Ağdaş Regional Mədəniyyət İdarəsinin rəis müavini Sahib Şükürov çıxış edərək mədəniyyət sahəsində görülən işlərdən və gələcək planlardan danışıb.
         Təlimçilər Bakı şəhər Qızıldaş qəsəbəsi Mədəniyyət Mərkəzinin direktoru Rüfət Mamayev " Mədəniyyət evlərinə gənclərin cəlb olunması formaları", Bakı şəhər 8 Mart adına Mədəniyyət Evinin direktoru Rüfət Məmmədov "Mədəniyyət evlərinin fəaliyyətinin təşkili: müasir xüsusiyyətlər və tələblər", Xalq yaradıcılığı və mədəni irs sektorunun baş metodisti Elnarə Hacıyeva "Mədəniyyət müəssisələrində pullu xidmətlərin təşkili: Xüsusiyyətlər və problemlər", Xalq yaradıcılığı və mədəni irs sektorunun metodisti Elnur Hacıbabayev " Yeni formatlı tədbirlərin təşkili xüsusiyyətləri və qaydaları" mövzularında təlimlər təqdim ediblər.
Çıxış edənlər Mədəniyyət evlərində dərnəklərin yeni tədris modulları əsasında keçrilməsindən,  ödənişli xidmətlərdən, mədəniyyət müəssisələrində marketinqin təşkil edilməsi və brend dəyərinin yaradılmasından bəhs ediblər.
          Daha sonra təlimdə dinləyicilər mədəniyyət müəssisələrinin fəaliyyətinin müasir şəkildə təşkil olunmasının vacibliyi haqqında öz fikirlərini bölüşüblər.