Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş rayonunda Prezident təqaüdçülərinin konserti keçirilib.

15.11.2019

Noyabrın 15-də Habil Əliyev adına Ağdaş şəhər uşaq musiqi məktəbində Prezident təqaüdünə layiq görülmüş gənc istedadların konserti keçirilib.Tədbiri giriş sözü ilə musiqi məktəbinin direktoru Rafiq İsgəndərov açaraq qonaqları və tədbir iştirakçılarını salamlayıb və belə bir konsert proqramının Ağdaş şəhərində baş tutmasının rayon musiqisevərləri üçün böyük töhvə olduğunu vurğulayıb.

Sonra çıxış edən Əməkdar İncəsənət Xadimi İkram Manafov ölkə rəhbərliyinin gənclərə göstərdiyi diqqət və qayğıdan danışıb, Prezident təqaüdçüləri olan gənc istedadlı musiqiçilərin respublikada tanınması və gənc nəsildə bədii-estetik zövqün inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən mütəmadi olaraq respublikanın bölgələrində onların konsertlərinin təşkil edildiyini vurğulayıb.

Konsert proqramında Prezident təqaüdçülərindən Nəriman Əmiraslanov, Lalə İbrahimova, Jalə Mayılova, Murad İbrahimov, Emil Əhmədzadə, Mirəli Əlizadə, Nihad Orucov, Məhtam Məhəmmədəlizadə və digərləri Azərbaycan və dünya bəstəkarlarının əsərlərini ifa ediblər.