Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zərdab rayon Heydər Əliyev Mərkəzinin kollektivi 2016-cı il aprel döyüşlərinidə həlak olmuş, Şəhid Gizir Nurlan Abdullazadənın məzarını ziyarət etmişdir.

15.02.2018

14 fevral 2018-ci il tarixdə ölümündən sonra “Hərbi Xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medala layiq görülmüş Şəhid Gizir Nurlan Abdullazadənin doğum günü məzarı başında anılmışdır.Təzəkənd kənd məzarlığında Nurlanla bərabər uyuyan digər şəhidlərimiz Namiq Məmmədovun və Kamran Məmmədovun məzarları da ziyarət olunmuşdur. Ziyarətdə Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik Abdulla Qurbani, Zərdab rayon İcra Hakimiyyəti Başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ramo Hacıyev, Zərdab rayon Gənclər və İdman idarəsinin rəisi İlkin Əliyev, SHÇDX-nin Zərdab rayon bölməsinin kadrlar və nizami hissə üzrə zabiti, mayor Vusal Mirzəyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov o cümlədən müəllimlər,məktəblilər,gənclər iştirak etmişdir. Vətən torpağının müdafiəsi uğrunda canından keçmiş bütün Azərbaycan şəhidlərinin ruhlarına dualar oxunmuş,onların keçdiyi şərəfli döyüş yolundan söhbət açılmışdır.